AMERİKA İDLİBDƏ TÜRKİYƏ-RUSİYAYA ARXADAN ZƏRBƏ ENDİRDİ:Ankara-Moskva işbirliyi Vaşinqtonu hiddətləndirib - Araşdırma

613 2-09-2019, 15:10 dunya

AMERİKA İDLİBDƏ TÜRKİYƏ-RUSİYAYA ARXADAN ZƏRBƏ ENDİRDİ:Ankara-Moskva işbirliyi Vaşinqtonu hiddətləndirib - AraşdırmaOlqa Samofalova

vzqlyad.ru, 01.09.2019

Suriya ordusu dinc sakinlərin köçürülməsi üçün atəşkəs elan edəndən sonrakı gün ABŞ HHQ Suriyanın İdlib əyalətinə zərbə endirib. Yaşayış məntəqələrinə hücum nəticəsində çoxsaylı qurban və dağıntı qeydə alınıb. Ekspertlətrin fikrincə, Türkiyənin Rusiya ilə siyasi və hərbi-texniki yaxınlaşması ABŞ-ı belə bir təxribat həyata keçirməyə vadar edib.

Rusiya HKQ və Suriya HHQ-nin döyüş aviasiyası İdlib üzərində uçuşları dayandıran kimi Vaşinqton Moskva və Ankaraya xəbərdarlıq etmədən Suriyanın bu əyalətinə əlüstü aviasiya zərbəsi endirib. Düşmən tərəfləri barışdırmaq üzrə Komitə (DTBM) xəbər verib ki, zərbə şənbə günü 15.00-da həyata keçirilib və Marət-Misrin və Kafər-Həya yaşayış məntəqələrinin arasındakı bölgəyə vurulub. Çoxlu qurban və dağıntı var. ABŞ bu hərəkətlə bütün anlaşmaları pozub.

DTBM-də izah edildiyi kimi, Suriya ordusu Rusiya və Türkiyənin təşəbbüsü ilə avqustun 31-də səhər saat altıdan deeskalasiya zonasında birtərəfli qaydada atəşkəs elan edib, münaqişənin bütün tərəflərinin təmsilçilərini bu haqda məlumatlandırıb. Nəzərdə tutulub ki, barışıq dinc sakinlərə döyüşçülərin nəzarət etdikləri İdlibi humanitar dəhliz üzrə tərk etmək imkanı verər.

Rusiya Müdafiə Nazirliyində bildiriblər – lakin ABŞ-ın sanksiyasız zərbəsi İdlib deeskalasiya zonasında bundan sonra atəşkəs rejimini saxlamağı təhlükə altında qoyub, bəzi yönlərdə isə bunu pozub. Orada əlavə ediblər ki, hər halda “Amerikanın zərbəsi nəticəsində silahlı birləşmələr tərəfindən atəşlərə baxmayaraq, Suriya qoşunları hərbi əməliyyatlar aparmaq moratoriumunu saxlayır”. RF MN-də hiddətləniblər ki, Vaşinqtonun Moskva və Dəməşqi İdlibdə “aviasiyanı seçimsiz tətbiq etmək”də ittiham etdiyi nəzərə alınarsa, Amerika tərəfinin belə hərəkətləri anlaşılmazlıq doğurur.

Rusiya və Türkiyə də Suriyanın İdlib əyaləti üzrə öz anlaşmalarını saxlamaq qərarına gəlib və Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib ki, bunu pozmayacaqlar. O, yada salıb ki, Rusiya prezidenti Vladimir Putin buna qədər Türkiyə başçısı Tayib Ərdoğanla görüşüb və onlar anlaşmanı saxlamağı qərara alıblar. Lavrov əlavə edib: “Prezidentlər bunu yerinə yetirmək imkanı verən konkret addımları uzlaşdırıblar”.

Vaşinqton iddia edir ki, zərbənin hədəfi terrorçu qruplaşmaların üzvləri idi. DTBM-in məlumatına görə, Amerika tərəfi bildirib ki, zərbə zamanı ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edən “əl-Qaidə” qruplaşmasının “yönəltmə məntəqəsi” məhv edilib. Lakin ekspertlər hesab edirlər ki, bu, son zamanlar yaxınlaşan Rusiya və Türkiyəıni dalaşdırmaqdan ötrü ABŞ-ın süni yaratdığı təxribatdan savayı heç nə deyil.

Federasiya Şurası Müdafiə Komitəsinin üzvü Frans Klinseviç “Vzqlyad” qəzetinə bildirib: “Bu, uzlaşmaları pozmaq, sağlam düşüncəyə etinasızlıq, bu bölgədə ciddi çətinliklər yaradan Amerikanın əbədi snobizmi və əndazəsizliyinə bulaşmış adi təxribatdır. ABŞ bizə də, Türkiyəyə də məhəl qoymadı. Amerikalılar təxribatın ən yaxşı təşkilatçılarından biridirlər, ömrü boyu bununla məşğul olublar. Təxribat və xəyanət Amerikanın savaş qızışdıranları və dövlət strukturlarının mükəmməl şəkildə yiyələndiyi işdir”.

Onun sözlərinə görə, bu təxribatın nəticələri, o cümlədən, əldə edilmiş barış uzlaşmaları çərçivəsində də ciddi olacaq. Senator hesab edir: “Nəticələri bu başdan söyləmək çətindir, durum müxtəlif cür inkişaf edə bilər, çünki burada çoxlu təsir mərkəzləri var, Şərq özəllikləri var. Diplomat və hərbçilərin malalamağa çalışacaqları bir yığın ziddiyyət meydana çıxır. Amma istisna etmirəm ki, durum hər ağızdan bir səsə gətirə və atəşkəs rejimi dayandırıla bilər”.

ABŞ tamamilə özgə məqsədləri terrorizmlə mübarizə pərdəsi altında gizlədir. Frans Kinseviç göstərir: “Amerikalılar özlərinin yaratdıqları və himayə etdikləri səpələnmiş quldur birləşmələrinin xilası üzrə gizli işi davam etdirirlər. Onları Suriyadakı durumu qarışdırmaq ünsürlərindən biri kimi yetişdirməyə və fəaliyyətdə olan hökuməti demokratik yolla deyil, fəaliyyətdəki prezidenti və Əsəd administrasiyasını əvəzləmək üçün şərait yaratmağa çalışırlar”.

İdlibə indiki zərbənin gerçək məqsədi son zamanlar ABŞ-ı qorxudacaq şəkildə yaxınlaşan Rusiya və Türkiyəni dalaşdırmaqdır. RF hökumətinin Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzəyan öz köşəsində deyir: “Problemin həllində ABŞ üçün ideal Ankara və Moskva ilə güzəştlər aramaq deyil, Rusiya və Türkiyəni müxtəlif səngərlərə qaçmağa vadar edəcək təxribatın təşkilidir”.

Klinseviç deyir: “ABŞ Rusiya və Türkiyənin yaxınlaşması fonunda bizim münasibətlərimizə ikitirəlik gətirməyə çalışır. Sonuncu MAKS göstərdi ki, Türkiyə Rusiyanın təkcə S-400 zenit raketi komplekslərini almağa hazır deyil. Bu söhbət artıq Su-35 və Su-57 kimi ən çağdaş qırıcı və bombardmançılar daxil olmaqla əlavə silahların alqısından gedir. Türkiyə prezidenti aviasalonda baxdı, araşdırdı və qiyməti soruşdu. Ankara qiymət-keyfiyyət nəzərə alınmaqla amerikalılardakı qiymətlərdən iki, bəzən isə üç dəfə çox silah ala bilər. Eyni zamanda Rusiya silahlarının taktiki-texniki xarakteristikaları Amerikanın F-35-i üstələyir”.

Ərdoğan bu həftə Putinlə birlikdə Jukovskda MAKS-2019 aviakosmik salona baş çəkib və məhz Su-57 onların sürəkli diqqət obyektində olub. İki dövlətin başçıları sərgi pilləkəni ilə qırıcının kabinəsinə qalxıb və aralarında diqqətçəkən söhbət olub. Ərdoğan soruşub: “Bu, Su-57-dir. O, artıq uçur?” Putin əmin edib: “Uçur”. Türkiyə lideri sorub: “Onu almaq olar?” Rusiyanın başçısı cavab verib: “Ala bilərsiniz”. Ərdoğan bu haqda qeyd edib: “Niyə də yox. Biz bura boş yerə gəlməmişik”. Başqa sözlə, Ərdoğan Amerika F-35-nin yerinə Su-57-nin, habelə başqa bir qırıcımızın – Su-35-in alqısını istisna etməyib.

Ekspertin sözlərinə görə, Türkiyə və Rusiyanın hərbi-texniki işbirliyi təkcə Rusiya silahının alqısı demək deyil. Belə bir sövdələşmə nəzərdə tutur ki, Rusiya sazişin mühəndis-texniki müşayiətini uzun illər təmin edəcək, detal və komplektləyicilər göndərəcək, Türkiyə hərbçilərini öyrədəcək və s. Senator Klinseviç qeyd edir: “Bu, amerikalıları son dərəcə narazı salır. Belə bir işbirliyi onlara gərək deyil”.

Kinayəlidir ki, NATO-nun ikinci ən güclü ordusu NATO üzrə tərəfdaşlarla deyil, ABŞ-ın mümkün düşməni ilə daha yaxşı münasibətlərdədir.

Amma burası da var ki, bu hərbi yaxınlaşmada hər şey hələlik elə də axıcı deyil. Politoloq Dmitri Drobnitski “Vzqlyad” qəzetinə deyib: “Bir yandan yaxşıdır ki, bizim texnologiyalar Türkiyəyə nüfuz edir və o, NATO üzrə müttəfiqlərdən getdikcə daha çox aralanır. Rusiya təmasları – iqtisadi, hərbi-texniki, siyasi – möhkəmləndirərək bölgədə birinci skripkada çalmağa başlayır”. Drobnitski narahat olur ki, o biri yandan, təki bizim hərbi texnika gələcəkdə Rusiyanın maraqlarına qarşı çevrilməsin. Məsələn, təki S-400-lər Suriyada müttəfiqlərimizə qarşı işlədilməsin. Çünki Türkiyə Rusiyanın dəstəklədiyi Suriya ordusunun İdlibdəki hərəkətlərindən bu yaxınlara qədər narazı idi. Bu bölgədə Rusiya və Türkiyə tərəfindən döyüş aviasiyasının əməliyyatlarını durdurmağa nail olmaq lap bu günlərdə mümkün olub və təəssüf ki, bu uzlaşmanın nə qədər çox çəkəcəyini hələlik demək olmur. Xüsusən də ABŞ-ın tonqala benzin əndərdiyi bir vaxtda.

Bununla yanaşı, Ankara Vaşinqtona tam məhəl qoymaya bilməz. Parlaq örnək – Su-57 üzrə danışıqlar haqda Ərdoğanın xəbəridir. O. Bu gedişatda ağzından qaçırıb: amerikalı həmkarı Donlad Trampla telefon danışıqları aparandan və F-35 proqramı haqda ABŞ-ın mövqeyini bildikdən sonra qərar qəbul ediləcək.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ