Dövlətə xəyanətdə şübhəli bilinən şəxs həbs edildi

741 4-09-2019, 11:40 kriminal

Dövlətə xəyanətdə şübhəli bilinən şəxs həbs edildi
Naxçıvanda dövlətə xəyanətdə şübhəli bilinən Səbuhi Bayram oğlu Hüseynov həbs edilib.

BakuPost-un məlumatına görə, təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

S. Hüseynov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İsfəndiyar Nağıyevin icraatına verilib.

Xeberdar.net

XƏBƏR LENTİ