Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək –Fransanın xarici işlər naziri

727 23-09-2019, 09:19 dunya

Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək –Fransanın xarici işlər naziriFransa prezidenti Emmanuel Makron Nyu-Yorkdakı BMT-nın baş məclisinin iclasında Almaniya və İngilis tərəfdaşları ilə İranın nüvə sazişinin ətrafındakı vəziyyəti müzakirə etmək üçün yığışacaqlar.

Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian keçirdiyi brifinqdə açıqlamada deyib.

Jan-İv Le Drian bildiribki: “İranın sazişin tam icrasına qayıdacağını gözləyirik. Prezident özü bu həftə Almaniya və Böyük Britaniya nümayəndələri ilə bu mövzunu müzakirə edəcək, çünki Avropa Üçlüyün mövqeyi və birliyi çox vacibdir./Trend /


XƏBƏR LENTİ