Türkiyə saytları azərbaycanlı şairdən yazdı- Barış Cavid, "Şanlı Türk Askerine" şiiri.

2 181 1-11-2019, 15:04 video



Şair Barış Cavid Mövsümlünün Türkiyə ordusunun yaxın günlərdə həyata keçirdiyi "Barış Pınarı" hərbi əməliyyatlardaki qəhrəmanlıqlarından ilhamlanaraq yazdığı və səsləndirdiyi "Şanlı Türk Əsgərinə" adlı şeiri Türkiyə içtimaiyyətində böyük maraqla qarşılanıb.

Bir neçə gün əvvəl facebook səhifəsində patylaşdığı şeirinin əvvəlində şair bu ifadələri yazıb: "Başda Suriya sərhəddində Türk dünyasının təhlükəsizliyi üçün ölümlə üz-üzə duran müzəffər əsgərlərimiz olmaqla bütün Türk dünyasının əsgərlərinə yazdığım və səsləndirdiyim "Şanlı Türk Əsgərinə" adlı şeirimi siz qiymətli dostlarıma təqdim edirəm. Sayğı və sevgilərimlə. Nə mutlu Türküm deyənə..."

Qeyd edək ki, uzun müddətdir ki Ankarada yaşayan həmyerlimiz, dahan sonra Türkiyə mediyasına verdiyi müsahibəsində Türkiyə ordusunun Suriyanın şimalında terrorçu qüvvələrin məhv edilməsi üçün həyata keçirtdiyi "Barış Pınarı" hərbi əməliyyatları sırasında yaşadığı hissləri qələmə aldığını bildirərək: "bir Azərbaycan Türkü olaraq qardaş Türkiyənin "Barış Pınarı" hərbi əməliyyatlarına dəstək vermək və içimdəki o rəğbət dolu duyğular ilə bizim də ordumuz sayılan Türk əsgərinə səslənmək istədim" deyə fikirlərini bildirib.

Sözü gedən şeirin videosunu biz də paylaşırıq.

XƏBƏR LENTİ