Bu gündən vətəndaşlara şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək

Bu gündən vətəndaşlara şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcəkBu gündən vətəndaşlar yaşayış yerindən asılı olmayaraq istənilən yerdən şəxsiyyət vəsiqələrini ala biləcəklər.

APA-nın məlumatına görə, bir müddət əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.

Bu gündən vətəndaşlara şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək

  • 1-11-2019, 11:02
  • 136


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  3. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  4. “İran inqilabdan sonra ən ağır günlərini yaşayır” –Ruhani
  5. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  6. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  7. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  8. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  9. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  10. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI