“AZƏRİQAZ”IN RƏHBƏRİ İŞDƏN ÇIXARILDI – Yerinə təyinat da oldu

744 1-11-2019, 12:10 cemiyyet

“AZƏRİQAZ”IN RƏHBƏRİ İŞDƏN ÇIXARILDI – Yerinə təyinat da olduNövbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb. Modern.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

XƏBƏR LENTİ