Azərbaycanın şahmat yığması Ermənistana qalib gəlib

Azərbaycanın şahmat yığması Ermənistana qalib gəlibAzərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

“Report”un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.

Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub.

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya – Azərbaycan – 1:3

Luka Leniç – Arkadi Naydiç – 0,5:0,5

Matey Sebenik – Rauf Məmmədov – 0:1

Yure Skoberne – Qədir Hüseynov – 0:1

Yan Sudel – Eltac Səfərli – 0,5:0,5

Azərbaycan – Ermənistan – 2,5:1,5

Günay Məmmədzadə – Lilit Mkrtçyan – 1:0

Xanım Balacayeva – Elina Danielyan – 0,5:0,5

Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan – 0,5:0,5

Gülnar Məmmədova – Anna Sarqsyan – 0,5:0,5

Qeyd edək ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə – 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.


Azərbaycanın şahmat yığması Ermənistana qalib gəlib

  • 2-11-2019, 16:57
  • 156


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir – İldə ən azı 50 manat…
  2. Baş nazir bu dövlət qurumlarını birləşdirdi – QƏRAR
  3. Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib- Oğlundan açıqlama
  4. Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
  5. ƏZİZOVDAN BAŞÇILARA XƏBƏRDARLIQ – “Özünütənqid adi normaya çevrilməlidir”
  6. ”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
  7. “REAL”da istefa –Məclis başqanı vəzifəsindən getdi
  8. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  9. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  10. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI