Sabirabadda bələdiyyə sədrinin evinə basqın olub- Cinayət işi açılıb

720 2-11-2019, 16:58 cemiyyet

Sabirabadda bələdiyyə sədrinin evinə basqın olub- Cinayət işi açılıbSabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanının evinə basqın olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına hadisə rayonun Qaratəpə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.

Fatma Hüseynova APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 02.15 radələrində evə daxil olan maskalılar onun bacısı Tamam Hüseynovanın boynundan vuraraq, ayaqlarını, ağzını yapışdırıcı lentlə bağlatıblar. Daha sonra Fatma Hüseynovanın boynundan vuraraq, ona xəsarət yetiriblər. Səsə gələn qardaşı Əlirza Hüseynov tüfənglə göyə atəş açdıqdan sonra maskalı şəxslər evi tərk ediblər.

Faklta bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ