Həbsdə olan deputatlığa namizəd azadlığa çıxıb

617 4-11-2019, 10:50 cemiyyet

Həbsdə olan deputatlığa namizəd azadlığa çıxıbDələduzluqda ittiham edilərək həbs edilən deputatlığa namizəd olmuş şair Əli Hacı Ağaevli azadlığa çıxıb.

APA-nın məlumatına görə, Əli Hacı Ağaevli saxlandığı Bakı İstintaq Təcridxanasından cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Ağaevli və Fuad Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.

Lakin təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Hacı Ağaevli 7 il, Fuad Kərimov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalından həbs edilib.

Bakı Apelyasiya Məhkəməsində Əli Hacı Ağaevlinin cəzası 6 il azaldırılaraq barəsində qəti olaraq 1 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Xatırladaq ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. “Varlıq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.

Xeberdar.net

XƏBƏR LENTİ