”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.

822 5-11-2019, 10:49 cemiyyet

”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.

Nizami Rayon MKS-da “Uşaqların Mənəvi və İntelektual İnkişafına Dəstək" İctimai Birliyinin təqdimat günü keçirilib. Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Məclisi”nin sədri şair-publisist Güllü Eldar Tomarlı açaraq “Uşaqların Mənəvi və İntelektual İnkişaf Dəstək" İctimai Birliyinin sədri Vüsal Əmirova uğurlar diləyərək söylədi:
-Vüsal bəyin istedadına, bacarığına inanıram. İnanıram ki, bu şərəfli işi öz öhdəsinə götürməklə, zəka sahibi olan gənclərimizin ömür yolunda yaşıl işıq kimi yanacaq. Sonra Güllü xanım Vüsal bəyi təbrik edib,ona həsr etdiyi şeiri söylədi:
Duydum diləyini, Vüsal Əfəndi,
Sənə zirvələrdən yollar dilərəm.
Eşidib adını ulduzdan, aydan,
Bu aydın yoluna nurlar çilərəm.

Uğur diləyərəm xoş yollarına,
Vətən qüvvət versin o qollarına,
Aldanma dünyanın dövlət-varına,
Sevinci, kədəri sənlə bölərəm.

Silahın həmişə qələmin olsun,
Arzun çiçəklənib birə- min olsun.
İlhamın mayaklı bir gəmin olsun
Fəxr edib, səninlə birgə gülərəm.

Sənə nəsib olsun çiçəkli bahar,
Baharda arzular min çiçək açar,
Unutmaz səni bu Güllü Eldar
Sevinc yaşlarını gözdən silərəm.
Uğurlar diləyək, uğurlar gəlsin.
Sonra sözü " Uşaqların Mənəvi və İntelektual İnkişafına Dəstək" İctimai Birliyinin sədri Vüsal Əmirova verdi.
O, çıxış edərək, ictimai birliyin fəaliyyətinin əsas məqsədindən danışdı. Bildirdi ki, birliyimizin əsas məqsədi - uşaqların mənəvi və intellektual inkişafına dəstək olacaq tədbirlərin həyata keçirilməsi -onlar arasında maarifləndirici tədbirlərin, idman və intellektual yarışların təşkil edilməsi, peşə anlayışlarının formalaşması üçün müəssisələrə turların təşkil olunması, bununla yanaşı inkişaf etmiş ölkələrdə uşaqların mənəvi və intellektual inkişafına yönələn ictimai münasibətlərin öyrənilməsi və müsbət təcrübənin ölkəmizdə tətbiq edilməsi kimi əsas prinsiplər təşkil edir. Uşaqların dünyaya verəcəyi çox şey var. Biz onların gücünə inanırıq. “Uşaqların Mənəvi və İntelektual İnkişafına Dəstək” İctimai Birliyi olaraq gənclərimizə fayda gətirəcək bacarıqları inkişaf etdirmək üçün öz köməyimizi əsirgəməyəcəyik və biz bunu birlikdə bacaracağıq!
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, tanınmış şair Səadət Buta, Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Zərifə Orucova, A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın müəllimi və profil müdiri Fəridə Məmmədova, “Buta" Humanitar Uşaq Fondunun prezidenti Nazim İbadov, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, şair Südabə İrəvanlı, şair Nəcibə Dərələyəzli, Rəfiqə Nağıyeva, vəkillər kolleqiyasının üzvü Elvin Novruzov, Nizami Rayon MKS-in direktoru Sevil Əliyeva, aşıq Nurəddin, aşıq Gözəl Kəlbəcərli, aşıq Ayşə Səyyadqızı çıxış edərək öz təbriklərini bildirdilər.
Uşaqlardan "Ana Vətən qrupu"-nun üzvləri Əli Hüseynli (182 nömrəli məktəbin 6-cı sinif şagirdi), Zəhra Hüseynzadə(5 yaş), İbrahim Şirinli ( Qaradağ rayonu, 180 saylı məktəbin 8-ci sinif şagirdi), Canəli Canəliyev, ( İncəsənət gimnaziyasının 9-cu sinif şagirdi, Növrəstə Nağıyeva ( Cəlilabad rayon Əccələr kənd orta məktəbinin 3 cü sinif şagirdi), Ayan Mirzəyeva (Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli məktəbin 1 ci sinif şagirdi) Roman Kazımov və Elmir İsgəndərov (141 nömrəli məktəbin şagirdləri), Elgün İsgəndərov (324 saylı məktəbin şagirdi), Bəxtiyar Muradov (1nömrəli Laçın məktəbinin 8-ci sinif şagirdi) öz təbrik nömrələri ilə çıxış etdilər.
Sonda "Uşaqların Mənəvi və İntelektual İnkişafına Dəstək" İctimai Birliyinin sədri Vüsal Əmirov qonaqlara və yaradılan şəraitə görə Nizami Rayon Mərkəzi Kitabxanasının direktoru Sevil Əliyevaya dərin təşəkkürlərini bildirdi.

”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.

XƏBƏR LENTİ