ƏZİZOVDAN BAŞÇILARA XƏBƏRDARLIQ – “Özünütənqid adi normaya çevrilməlidir”

ƏZİZOVDAN BAŞÇILARA XƏBƏRDARLIQ – “Özünütənqid adi normaya çevrilməlidir” Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib. Eldar Əzizov bildirib ki, “…şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq, iş forma və metodları dəyişməlidir. Tənqid və özünü tənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlər görəcəklərini bildiriblər.

ƏZİZOVDAN BAŞÇILARA XƏBƏRDARLIQ – “Özünütənqid adi normaya çevrilməlidir”

  • 6-11-2019, 11:28
  • 107


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir – İldə ən azı 50 manat…
  2. Baş nazir bu dövlət qurumlarını birləşdirdi – QƏRAR
  3. Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib- Oğlundan açıqlama
  4. Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
  5. ƏZİZOVDAN BAŞÇILARA XƏBƏRDARLIQ – “Özünütənqid adi normaya çevrilməlidir”
  6. ”UŞAQLARIN MƏNƏVİ VƏ İNTELEKTUAL İNKİŞAFINA DƏSTƏK” İCTİMAİ BİRLİYİ YARADILDI.
  7. “REAL”da istefa –Məclis başqanı vəzifəsindən getdi
  8. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  9. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  10. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI