Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO

1 221 11-11-2019, 14:18 bolge

Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
Göyçayda həri olduğu kimi "Nar bayramı" festivalı keçirilir. Müxtəlif çeşidli nar gilə meyvələri, nar sokları, narşərablar, nar çaxırları və turşular satışa çıxarılır. Bu bayram hər il qeyd olunur, bayram abuhavası Göyçay sakinləri kimi, digər bölgələrdən festivalda iştirak edənlərdə "Nar bayramı"nın sevinclərini bölüşürlər.

Digər şəhərlərdən, rayonlardan və başqa dövlətlərdən turistlər də "Nar bayramı"na qatılmışdır.

Nar festivalı Göyçayda noyabr ayına təsadüf edir, bu il də nar bayramı 9-10 noyabr tarixində keçirildi.

Bayrama Göyçay orta məktəbləri qatılmışdır, festivala çıxarılan əl işləri ilə çəkilmiş portretlər xüsusi insanlarda bayram sevinci yaşadırdı. Çəkilmiş rəsm əsərlərin də Nəsiminin, Milli qəhrəmanımız Mübariz İbrahimovun, Göyçayın adı ilə bağlı naxışlanmış rəsm əsərləri nümayiş olunurdu. Nar dənələri ilə bəzədilmiş şirniyyatlar, təbii şirələr bayramda iştirak edən şəxslərə çay süfrəsi ilə baylanırdı.

Göyçayın Çaxırlı Kəndi "qırmızı fələs" narı, Qaraxıdır Kəndi "nar çaxırı" Alpout kəndi nar gilələrindən bəzədilmiş nar fiquru füstivalında nümayiş etdirirdi. Bayramda ən çox satılan, bayram iştirakçıları üçün maraqlı olan Gülövşə narına təlabat çox idi.

Göyçay Nar Festivalında iştirak edən "Dalima" şirkətinin kompotları, "Bağdan" kompotları satışa çıxarılması ilə birgə, sakinlərə süzülərək dadına baxılmasına şərait yaradıldırdı.

"Dalima" şirkətinin nümayəndəsi Aynur xanım müsahibə verərək, kompotların hansı keyfiyyətli olması, hansı üsulda hazırlanması, tərkibi və qiymətləri barəsində geniş məliumat verdi.

Azər Allahverdiyev, Hurriyyet.org

XƏBƏR LENTİ