“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY

616 13-11-2019, 13:26 cemiyyet

“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEYZaqatala rayon Əliabad qəsəbə sakini Vüsal Hüseynzadə bələdiyyə seçkilərinə namizəd olmaq üçün İcra nümayəndəsindən arayış ala bilmədiyini iddia edir.

O, “Qafqazinfo”ya şikayətində bildirib ki, namizədlərin qeydiyyata alınması üçün son 10 gün qalsa da, onun müraciətinə cavab verilmir:

“Bələdiyyə seçkilərində namizədliyimlə bağlı noyabrın 4-də müraciət etmişəm. İcra nümayəndəsi Həsən Həsənov mənə arayış vermir. Baxılacağını bildirib göndərirlər. Məsələ ilə bağlı Prezident Aparatına teleqram vurdum. 10 günlük müddətim qalıb, ancaq hələ də süründürməçilik edirlər”.

Zaqatala rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda ərizəyə baxılır, yaxın müddət ərzində vətəndaşa cavab veriləcək.

XƏBƏR LENTİ