"Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev

"Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər XudiyevÖlkə başçımızın tapşırıq və göstərişlərinə uyğun olaraq, xarici siyasətimizin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Bu gün Azərbaycan diplomatiyasının üzərinə olduqca böyük bir məsuliyyət qoyulub və hər bir Azərbaycan diplomatı bu məsuliyyəti dərk edərək, ölkə rəhbərliyi tərəfindən qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün peşəkarlığını və savadını ortaya qoyaraq, öz vəzifə borcuna layiqincə yanaşır və bundan sonar da belə olacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkovda jurnalistlərə açıqlaması zamanı deyib.

Səfir qeyd edib ki, bu gün Azərbaycan diplomatiyası müsair dünyamızın çağrış və təhdidlərinə cavab verir və beynəlxalq aləmdə dövlətimizin müsbət imicinin formalaşdırılması istiqamətində səylərini əsirgəmir, eləcə də müstəqil dövlətimizə yönələn mümkün geosiyasi risklərin yaranmasına imkan vermir: “Təəssüflər olsun ki, 27 ildən artıqdır Azərbaycanın tarixi torpaqları, o cümlədən Dağlıq Qarabağ ərazisi erməni işğalı altındadır. Ona görə də Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti bu münaqişənin həllinə yönəlib. Erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllər və mütəmadi olaraq yaradılan təxribatların qarşısının alınması üçün tərəfimizdən daim böyük işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması diplomatiyamızın ən öndə duran vəzifə borcudur".

A.Xudiyev iqtisadi diplomatiyaya da çox böyük önəm verildiyini söyləyib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlarla bağlı Azərbaycan diplomatiyası da öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ölkə başçımızın xüsusi göstərişlərinə əsasən, Azərbaycana xarici sərmayələrin cəlb edilməsi üçün diplomatik missiyalarımız tərəfindən bütün gərəkli işlər aparılır”.

Səfir onu da qeyd edib ki, Ukraynada vətəninə və dövlətinə ürəkdən bağlı olan bir çox vətənpərvər iş adamı mövcuddur:

“Burada Vətənini, dövlətini sevən azərbaycanlılar çoxdur. Onlar Azərbaycanı təbliği istiqamətində səfirliyimiz tərəfindən işlənib hazırlanan layihələrin həyata keçirilməsində bizə daim dəstək olurlar. Ümumiyyətlə, ukraynalılar və burada yaşayan xalqlar doğma vətənimizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olmalıdırlar, bunun üçün təbliğat işləri daha da gücləndirilməlidir. Əminəm ki, Azərbaycan və Ukrayna dostluğu bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir”.

Səfir vurğulayıb ki, əminliklə demək olar ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyəti Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətindən daha üstün və səmərəlidir:

“Bütün ölkələrdəki kimi, Ukraynada da çox güclü erməni diasporu mövcuddur və onlar öz səfirliklərinə ənənəvi olaraq hərtərəfli dəstək olurlar. Bəzən onlar şəxsi münasibətlər zəmnində həmin ölkələrin tanınmış simaları və siyasətçiləri ilə səfirlikləri arasında dostluq əlaqələri yaradırlar və bundan da yararlanırlar.

Bu münasibətdən çıxış edərək, əminliklə deyə bilərək ki, erməni diplomatları diasporaları tərəfindən dəstəyə ümidvar olaraq öz diplomatik fəaliyyətlərini infantil və səmərəsiz məcrada aparırlar. Öz peşəkar fəaliyyət təcrübəmdən deyə bilərəm ki, istər beynəlxalq təşkilatlarda, yəni çoxtərəfli diplomatiyada, istərsə də ikitərəfli diplomatiyada onlar bizdən çox hallarda peşəkarlıqda geri qalırlar.

Səfirliyimiz Azərbaycan həqiqətləri haqqında Ukraynanın Kütləvi İnformasiya Vasitələri ilə çox fəal şəkildə təbliğat işləri aparır. Ukraynanın nüfuzlu təhsil ocaqlarında, milli maraqlarımıza uyğun müxtəlif mövzülarda mühazirələr oxunulur, silsilə tədbirlər təşkil edilir. Ukraynanın paytaxtı və eləcə də böyük şəhərlərində ölkəmizin təbliğat işlərinin daha səmərəli və effektif şəkildə aparılması üçün səfirliyimizin təşəbbüsü və dəstəyi ilə Azərbaycan mədəniyyət və informasiya mərkəzləri artıq fəaliyyətə başlayıb.
Müəllif: Cavad

"Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev

  • 13-11-2019, 16:00
  • 163


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  7. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  8. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI