Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"

Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"“Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür”.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

Onun sözlərinə görə, istehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik: “2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 mln manat kredit verilir, 349 mln manat isə istehlak kreditləri təşkil edir”.

İ.Alışov bildirib ki, hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5 milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 mln manatdan yuxarıdır: “Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. Sahibkarlardan xahisimiz bundan ibarətdir ki, bizneslərini şəffaflaşdırsınlar”./Report

Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"

  • 14-11-2019, 13:20
  • 159


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  4. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  5. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  6. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  7. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  8. Şənbə gününün hava proqnozu açıqlanıb
  9. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
  10. “Suriyada ABŞ-ın hərbi bazası hücuma məruz qalıb” –KİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI