Eldar Namazov istefa verdi, yeni sədr seçildi

605 23-11-2019, 01:30 cemiyyet

Eldar Namazov istefa verdi, yeni sədr seçildi

Departasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.
Xeberdar.net məlumat verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, ordu generalı Əli Ömərov, tanınmış ictimai-siyasi xadim Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyib.
İdarəyə Heyəti həmçinin buna qədər təşkilata sədrlik edən Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.
İclasda həmçinin deportasiyanın 30 illiyinin qeyd edilməsi haqda qərar çıxarılıb. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

XƏBƏR LENTİ