Bütöv Azərbaycan Hərəkatı müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO

Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO
Noyabrın 23-də Bütöv Azərbaycan Hərəkatının təşkilatçılığı ilə "İranın gələcəyi və türklər" mövzusunda dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan BAH sədri Yasəmən Qaraqoyunlu bildirib ki, İran adlanan ölkə ilə Quzey Azərbaycanı tarixi, kültürəl bağlar bir birinə bağlayır və İranda gedən dəyişikliklər, siyasi proseslər həm Quzey Azərbaycana, həm də bütün Orta Doğu ölkələrinə təsir göstərir. Quzey Azərbaycanda gedən proseslər də İrana təsir göstərir. İran bir fars dövləti və ölkəsi deyildir. İran dualist bir ölkədir və türklər İranın siyasi xəritəsini də Türklər cızıblar. Bu günkü İran dövlətinin və mədəniyyətinin qurucusu Türk Millətidir. Türklər İranda çoxluqdur və İran coğrafiyasının hər tərəfinə yayılmışlar və bu gün İranın baş şəhəri olan Tehranda milyonlarla türk yaşayır. İrandakı Türk əhalisinin sayına əsaslanaraq deyə bilərik ki, İran da Türkiyə kimi bir türk dövlətidir və 1925- ci ildə İngiltərənin dəstəkləri ilə Türk Qacar dövləti devrilmiş, Rza xanın timsalında fars etnosunun hakimiyyəti qurulmuşdur. Bu gün Fars-Molla rejimi siyasi, iqtisadi və ideoloji böhran keçirir. İran bir dəyişiklik ərəfəsindədir. Məhz buna görə də bu toplantını keçirməkdə əsas məqsəd odur ki, İrandakı dəyişikliklərdə Türk Millətinin və Azərbaycanın strategiyası nə olacaqdır suallarına birlikdə cavab axtaraq. Sonra Güneyli, Quzeyli Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və toplantıya moderatorluq etmək Rüfət Muradlıya həvalə edildi. Rüfət Muradlının qısa giriş nitqindən sonra BAH sədri, filosof alim Yasəmən Qaraqoyunlu İranın siyasi gələcəyi, soydaşlarımızın bu proseslərdəki yeri, Amerikanın Orta Doğu projesi ilə Türk Milli Maraqlarının çəlişkiləri haqqında məruzə ilə çıxış etdi. Yasəmən Qaraqoyunlu qeyd etdi ki, Amerikanın Orta doğu Projesində Böyük Kürdüstan və Böyük Ermənistanın qurulması məqsədi bölgədə Türk maraqlarına ziddir və Orta Doğuda Türk Millətinin də öz strateji projesi olmalıdır. Bu isə İranda yaşayan Türk Milli Hərəkatının güclü olmasından və Quzey Azərbaycanla Türkiyənin İrandakı Türk Azərbaycan Hərəkatını dəstəkləməsindən keçir. Yasəmən Qaraqoyunlu İrandakı Türk Azərbaycan Hərəkatı içindəki cərəyanlar və siyasi mövqelər haqqında geniş məlumat Verdi. Daha sonra mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir son olaylarda soydaşlarımızın iştirakı, İran hakimiyyətinin son 40 ildə Azərbaycan türkləri və digər xalqların milli hüquqlarına qarşı aqressiv davranışını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev isə İrandakı prosesin dinamikası və mümkün ssenarilər haqqında məruzə etdi. Dəyirmi masaya online qatılan Ankara Universitetinin professoru Nəsib Nəsibli isə bildirdi ki, Güneydəki siyasi dəyişikliklər ordakı soydaşlarımızın öz iradəsilə gerçəkləşəcək. Quzey Azərbaycanda isə Irandakı soydaşlarımızın durumuna dövlət dəstəyi olmasa da, ictimai dəstək də qənaətbəxş deyil. Milli Hərəkatın fəlsəfəsi hazırlanmalıdır, Əxlaq kodeksi hazırlanmalıdır. Eyni zamanda siyasi birliklərin internet məktəbi açılmalıdır. İran zindanlarındakı millifəalların ailəsinə yardım edilməlidir. Quzey Azərbaycandan, Bakıdan gələn yardım və dəstəklər Güney Azərbaycana böyük mənəvi güc verir. Daha sonara Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd etdi ki, Amerikanın, İran siyasətində əsas dəstək kürdlərə verilir və bu da İran Türklərinin,eləcədə Türkiyənin milli maraqlarına ziddir. Amerika İraqdakı, Suriyadakı fəlakət və dağıntıları İranda da təkrar etsə bizim milli hərəkat bundan heç nə qazanmayacaq. Eyni zamanda İran rejimi İrandakı xalqların hüquqlarını pozur və farslaşdırmağa cəhd edir. Bu da səhv siyasətdir. Biz İranda öz soydaşlarımıza sahib çıxıb dəstəkləməliyik. Daha sonra Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL Partiyasının sədri İlqar Məmmədov, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADR Hərəkatının sədr müavini Ədalət Yusub, AXCP sədrinin müavini Seymur Həzi, AMİP sədrinin müavini Əli Orucov, MGT təmsilçisi Gündüz Sadıqov, tanınmış jurnalist Xaliq Bahadır, MSDM-nin sədri İsa Qəmbər, DAGAH təmsilçisi Limunət Əmrahlı, Qarabağ qazisi Habil Şirinov, Cumhuriyyət Varisləri İB-nin sədri Akif Cəfərzadə, Demokratik Dəyişikliklər Platforması İB-nin sədri Əli Mustafayev, tanınmış politoloqlar Xaqani Cəfərli, İlham İsmayıl, Nəsimi Məmmədli, tarixçi alim Qələndər Muxtarlı və başqaları İranda baş verən olaylarla bağlı cəmiyyətimizin, ictimai - siyasi çevrələrin nə etməli olduğu haqda düşüncələrini paylaşdılar. Olduqca önəmli fikirlərin yer aldığı dəyirmi masada Türküstan qəzetinin baş redaktoru Aqil Camal, filosof Asif Barselli, REAL Partiyasının icra katibi Natiq Cəfərli, Ümid Partiyası Ali Məclisinin sədri Rafail Tağızadə, sədr müavini Tamilla Qulami, BAH üzvü İlhamə Qasımova, şair Niftalı Göyçəli, jurnalist Sərdar Əlibəyli, Etibar Qərib, Fikrət Cəfərli və başqaları iştirak ediblər. Sonda tədbir iştirakçıları adından İİR-nın Azərbaycan Respublikasındakı səfirliyinə İranda insan hüquqlarının məhdudlaşdırılmasına etiraz əlaməti olaraq bəyanat və bütün soydaşlarımıza İrandakı prosesləri diqqətdə saxlamaq üçün müraciət qəbul edildi.



Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO
Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO

Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO
Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO
Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO
Bütöv Azərbaycan Hərəkatı  müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO

Bütöv Azərbaycan Hərəkatı müxalifəti dəyirmi masa ətrafında topladı-FOTO

  • 23-11-2019, 22:58
  • 299


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI