İranın eks-prezidenti benzin üsyanını dəstəklədi - “Görün, bu ölkənin başına nə oyun açdınız!”

693 25-11-2019, 12:11 dunya

İranın eks-prezidenti benzin üsyanını dəstəklədi - “Görün, bu ölkənin başına nə oyun açdınız!”Bir neçə gün əvvəl İranı bürümüş və benzinin bahalaşmasına etiraz olaraq başlamış etirazlara keçmiş prezident Mahmud Əhmədinejad dəstək verib.

Özünün videomüraciətində Əhmədinejad indiki prezident Həsən Ruhanini də kəskin tənqid edib. Əhmədinejad habelə İran təhükəsizlik qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional gücdən istifadə etdiyini bildirib.

Eks-prezidentin sözlərinə görə, Həsən Ruhaninin prezidentliyi dövründə (2013-cü ildən bəri) İranda korrupsiya onqat artıb, əhali isə yoxsulluğa, beynəlxalq və birtərəfli sanksiyalara düçar olub.

“Görün siz bu ölkənin başına nə oyun açdınız! Danışanı susmağa məcbur edirsiniz. Təhqir edirsiniz və alçaldırsınız”,-Əhmədinejad bildirib.

Keçmiş prezident habelə deyib ki, iranlılar dövlət orqanlarının işindən, xüsusən də Ruhaninin başçılıq etdiyi hökumətin işindən narazıdır. Və insanlar haqlı olaraq öz narazılıqlarını müxtəlif formalarda ifadə edirlər. (virtualaz.org)

XƏBƏR LENTİ