Üsyançı general Liviyanın paytaxtını ələ keçirə bilər - Rusiya, ABŞ, Fransa Həfətrini dəstəkləyir

684 26-11-2019, 14:32 dunya

Üsyançı general Liviyanın paytaxtını ələ keçirə bilər - Rusiya, ABŞ, Fransa Həfətrini dəstəkləyirRusiyanın dəstəyi ilə Xəlifə Həftər Tripolini ələ keçirə bilər. Əcnəbi döyüşçülərin sayı artdıqca Liviyanın paytaxtı uğrunda gedən mübarizələr bir o qədər sərtləşir. Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” nəşri yazır.

Məqalə müəllifi Paul-Anton Kryuger qeyd edir ki, cəbhə xəttindəki dəyişiklik ilk növbədə Tripolinin səhra hospitallarında gözə çarpmağa başlayıb. Əgər əvvəllər burada bomba qəlpələrindən yararlanan döyüşçülər yerləşdirilirdisə, indi kəllə və döş qəfəsindən güllə yarası ilə müşayiət olunan hallar qeydə alınır. Bu da Rusiyanın “Vaqner” qrupundan olan muzdluların fərqlənmə nişanıdır. Oxşar hallara Suriyada və Ukraynada artıq rast gəlinib. Həmin ölkələrdə də “Vaqner” qrupun snayperləri döyüşlərdə iştirak edərək, analoji silahlardan istifadə ediblər.

Həftər xarici muzdluların iştirakını təkzib edir. Kreml də yalandan özünü elə göstərir ki, guya heç nədən şübhələnmir. Lakin Berlində yerləşən “Elm və siyasət” fondunun Liviya üzrə eksperti Volfram Laxer hesab edir ki, rusiyalı döyüşçülərin iştirakı hərbi tarazlığı poza bilər. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınan baş nazir Faiz Saracın başçılığı altında milli razılıq hökuməti tərəfində döyüşən silahlı dəstələr hərbi baxımdan “Vaqner” döyüşçülərinə müqavimət göstərmək üçün yol tapa bilməyiblər. Artilleriya silahlarından, radiolokasiya sistemlərindən və HHM komplekslərindən istifadə edən muzdlular aldıqları təhsil və müasir hərbi texnika sayəsində köhnə “Kalaşnikov” avtomatları ilə döyüşən rəqiblərindən üstündürlər.

Qərb ölkələrinin xüsusi xidmət orqanları xəbər verir ki, Həftərin tərəfində ən azı 1,3 min rus döyüşür, amma onların sayı artıq 2 minə çata bilər. Onların çoxu bilavasitə cəbhədə döyüşmür. Onlar reaktiv təyyarələri döyüş hazırlığına gətiriblər, pilotlar “Su-22” təyyarələri ilə hava hücumları həyata keçirir, raket zərbələrini koordinasiya edir və Suriyadakı vətəndaş müharibəsində istifadə edilməyən dəqiq silahlardan istifadə edirlər.

BMT baş katibinin Liviya məsələləri üzrə xüsusi nümayəndəsi Hassan Salame bu yaxınlarda xəbərdarlıq edib ki, əcnəbi muzdluların və özəl hərbi şirkətlərin sayının artması Liviyada döyüş şəraitini sərtləşdirir. “Bir dəfə dəvət edilən xarici dövlət yerini möhkəmlədən, evi nəzarətinə götürən qonağa çevrilir”, - deyə o bildirib. “Liviya müharibəsi çoxdan dolayı müharibəyə çevrilib. Burada regional qüvvələr geosiyasi təsir uğrunda mübarizə aparırlar. Həftər BƏƏ və Misirdən dəstək alır. Bu ölkələr BMT-nin qətnamələrinə məhəl qoymadan Həftərin Liviya Milli Ordusunu silahla təmin edir, tez-tez hava hücumları həyata keçirirlər. Abu-Dabi Çin istehsalı olan, “Wing Loon” tipli hərbi dronları tədarük edir. Tripolidə minə yaxın hava hücumu məhz bu dronlar vasitəsilə reallaşır. İdxal edilən silahların arasında Rusiyanın müasir “Zireh” zenit-raket kompleksi də var. Prezident Vladimir Putinin yaxın çevrəsindən olan Yevgeni Priqojin tərəfindən idarə edilən “Vaqner” qrupun muzdlularına da dəstək göstərilir. Səudiyyə Ərəbistanı Həftərə on milyon dollar söz verib. (…) Fransa prezidenti Emmanuel Makron ən azından siyasi baxımdan Həftəri dəstəkləyir. Amerika prezidenti Donald Tramp da apreldə generalla telefon danışığı aparıb. Sonuncu bu addımı ABŞ-ın onun planlarına razılıq əlaməti kimi qəbul edib.
Üsyançı general Liviyanın paytaxtını ələ keçirə bilər - Rusiya, ABŞ, Fransa Həfətrini dəstəkləyir
Aralıq dənizinin sahilində yerləşən Misratı liman şəhərində hökumət qüvvələrinin silahlı qruplaşmaları ilk növbədə Türkiyədən silah alır. (...) Maddi dəstək Qətərdən, siyasi dəstək isə İtaliyadan gəlir. “Vaqner” muzdlularının iştirakı ona gətirib çıxarıb ki, ABŞ bu yaxınlarda “Rusiyanın münaqişədən öz maraqları üçün istifadə etmək cəhdlərini nəzərə alaraq” beynəlxalq ictimaiyyət tərəfindən tanınan baş nazir Saracın hökumətinə dəstəyini təsdiqləyib. Halbuki Həftərlə telefon danışığından sonra bu məsələ sual altında olub.

Həftər rəqiblərini əldən salacağına ümid edir. O, inanır ki, üsyançıları başqa tərəfə keçməyə həvəsləndirə biləcək. Axı hökumət tərəfdən döyüşən ayrı-ayrı qruplar arasında gərginlik müşahidə edilir. (...) Lakin belə bir ehtimal da var ki, general hücuma keçsə, bəzi qruplar ona qarşı mübarizə aparmağa başlayacaq. Sonra Tripolidə sıx məskunlaşmış ərazilərdə aylarla davam edən küçə döyüşləri başlaya, mülki əhali arasında çoxlu sayda ölən və yaralananlar ola bilər.

XƏBƏR LENTİ