Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi- QƏRAR

865 27-11-2019, 12:37 cemiyyet

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi- QƏRARNaxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Xeberdar.net məlumat verir ki, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.

Xeberdar.net