DİN-in sçıqlamasına İqbal Ağazadənin cavabı gecikmədi- "Bu işin arxasında dayananların kimliyi ictimailəşəcək"

DİN-in sçıqlamasına İqbal Ağazadənin cavabı gecikmədi- "Bu işin arxasında dayananların kimliyi ictimailəşəcək"Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Ümid Partiyasının sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.
"Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən əsas elektrik xəttini xüsusi alətlə kəsən, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətti sıradan çıxaran şəxs güya ki, 2013-cü ildə Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır və ruhi xəstədir. Etdiyi əməli də əsas kimi İqbal Ağazadənin o ünvanda yaşamağını istəməməsi və guya o ünvanda onun yaxınlarından kiminsə yaşaması və onu sonradan satması olub.

Partiya sədri Baş Polis İdarəsinin açıqlamasına sərt münasibət bildirib. İqbal Ağazadənin açıqlamasını oxuculara təqdim edirik:

"Əvvəla, Bakı Şəhər Baş Polis İdarəsinə və işi araşdıran müstəntiqlərə xitabən deyirəm:

Məsələnin birinci tərəfi


Həmin ərazidə o adamın tanıdığı kimsə yaşamayıb. Ərazi də 1992-ci ildən mənə məxsusdur. Həmin ildə də o adamın cəmi-cümlətanı 6 yaşı olub. Guya orda yaşayan bir tanışının evinin olmasına və satılmasına etiraz edib. 6 yaşı olan zaman olmayan hadisəni bu gün etdiyi hərəkəti bəhanə gətirməsi absurd yanaşmadır. Həm də ona görə ki, biz 1992-ci ildən o ünvanda yaşayırıq.

Məsələnin ikinci tərəfi

Adam Ruhi-Əsəb Dispanserində qeydiyyatdadırsa, ruhu xəstə olması haqda arayış - ruhi xəstə kimi qeydiyyatda olmasını təsdiqləyən bir sənəd təqdim etsinlər. O zaman biz də ikinci bir sənəd göstərəcəyik ki, bu adam ruhu-əsəb xəstəsi kimi qeydiyyatda olmayan başqa hansı sənədlərə malikdir. Sözügedən ikinci sənəd əlimizdədir.

Məsələnin üçüncü tərəfi

Xatırladıram ki, Bakı Şəhəri Baş Polis İdarəsi bu işi araşdırarkən bundan 20-25 gün əvvəl açmadığı baş verən bir hadisənin də niyə görə ortada cinayət faktoru ola-ola cinayət işi qaldırmadığının səbəbi və təfərrüatları da artıq mənə məlumdur. Hansı ki, ailəmlə bağlı olan bir məsələ idi və bu məsələyə cinayət işi qaldırılmadı, iş rədd edildi.

Məsələnin dördüncü tərəfi


Əgər adam ruhi xəstə idisə, nədən o uzunluqdakı məsafəni qət edərək özünü müdafiə üçün əlində silah tutmuşdu, mən ona çatarkən müqavimət göstərdi. Ruhi-əsəb xəstələri, şizofrenik xəstəliyə malik olan adamlar gəldiyi yolla da sakitcə geri dönür və onlar üçün də heç bir təhlükə hissi olmur. Adam getmək üçün kifayət qədər gizli yollar seçib, dalanlardan, keçilməz küçələrdən keçib mərkəzi küçəyə çıxarkən yaxalanıb. Bu da onun göstəricisidir ki, adamın ağlı yerindədir və nə etdiyinin fərqindədir. Şəxsin əlaqə saxladığı insanları təsbit ediblərmi? Adam çox professionalcasına evimdə işığı kəsib, kəsməmişdən yarım saat əvəl telefonuna Milli Ön vasitəsilə kontur yükləyib və o qədər peşəkar və o qədər ağıllı olub ki, ora gələrkən tutulmaq ehtimalını bilərək əlaqələri ələ keçməsin deyə telefonu üstündə götürməyib və yalnız bu işi bitirəndən sonra telefonunu əldə etmək üçün evinə doğru gedib."

Məsələnin beşinci tərəfi

Ruhi xəstə deyilən bu adam 36 saylı Dördüncü Seçki Dairəsinin 18-ci məntəqəsində 1022-ci seçici olaraq qeydiyyatdadır, seçicidir və bilirsiniz ki, ruhu-xəstələr səsvermə hüququna malik deyillər, adam ruhi xəstədirsə, ən azı onun xəstəliyi ilə bağlı qərar olmalı, seçici siyahısından çıxarılmalıdır.

Ona görə də bu nağılları kimsəyə danışmasınlar, bütün bunlar nağıllardan başqa bir şey deyil. Bakı Şəhər Baş Polis İdarəsinin verdiyi bu məlumat qətiyyən həqiqətə uyğun deyil, Respublika Prokurorluğuna, Daxili İşlər naziri - Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm ki, bu məsələni ciddiyyətlə araşdırsınlar. Əks təqdirdə məna bildiyim bütün həqiqətləri - bu işin arxasında dayananların kim olduğunu ölkə başçısı İlham Əliyevə rəsmi müraciətlə göndəriləcək, o cümlədən KİV-də sifarişçilərin adları ictimailəşəcək."


xeberdar.net

DİN-in sçıqlamasına İqbal Ağazadənin cavabı gecikmədi- "Bu işin arxasında dayananların kimliyi ictimailəşəcək"

  • 27-11-2019, 19:21
  • 390


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI