İncəsənət Universitetində“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda seminar keçirildi

893 28-11-2019, 15:51 cemiyyet

İncəsənət Universitetində“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda seminar keçirildiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 28 noyabr tarixində Sosial – Mədəni Dəyişikliklərin Öyrənilməsi İB-i Mədəniyyət və İncəsənət Universitetində“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda seminar tədbir keçirmişdir.
40 nəfərə yaxın iştirakçının qatıldığı seminarı giriş sözü ilə açan Universitetin Kulturologiya fakultəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Adilov tədbirin əhəmiyyətindən bəhs edərək ölkəmizdə aparılan mədəni tərəqqi və inkişaf uğurları, həmçinin Mədəniyət və İncəsənət Universiteti tələbələrinə mədənii irsimiz və folklorumuzun tədrisi istiqamətində metodologiya, təlim üsulları və uğurları haqqında çıxış etdi. Layihə rəhbəri Hüseyn İbrahimov Azərbaycanda yaşayan ayrı-ayrı xalqların maddi-mədəni irsinə diqqət və qayğıdan , həmçinin, ölkəmizdə və dünyada aparılan Azərbaycanın uğurlu mədəniyyət siyasəti modelinin milli azlıqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm rolu haqqında məruzə etdi.
Seminarda AMEA Folklor İnstitutunun professoru Seyfəddin Rzasoy Folklorda “Şifahi mədəni irsin yeri və əhəmiyyəti”, Universitetin Sosial-mədəni fəaliyyət kafedrasının müdiri Sədaqət Cəlilova “Mədəniyyətlərin müqayisəli təhlili şifahi mədəni irs nümunələri”, Universitetin müəllimi Naib Niftaliyev “Müasir dövrdə Şifahi İrsin kreativ tədrisi” üsullarından çıxışlar etdi. Seminarda layihə çərçivəsində nəşr edilən “Mədəni irsimiz milli və bəşəri sərvətimizdir” mövzusunda kitabı və bukleti tələbələrlə müzakirə edildi. Azərbaycanda yaşayan Yəhudi xalqının adət-ənənələrini eləcə də İvanovka şifahi mədəni irs nümunələrini özündə əks etdirən kitabın müzakirəsi seminar iştirakçılarının geniş marağına səbəb olmuşdur.

Xeberdar.net

XƏBƏR LENTİ