Qubada “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirib

771 27-11-2019, 16:38 cemiyyet

Qubada  “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçiribAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 27 noyabr tarixində Sosial – Mədəni Dəyişikliklərin Öyrənilməsi İB-i Quba rayonu Mədəniyyət evində “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirmişdir.
40 nəfərə yaxın iştirakçının qatıldığı seminarı giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev belə layihələrin əhəmiyyətindən bəhs edərək tədbiri açıq elan etdi. Layihə rəhbəri Hüseyn İbrahimov Azərbaycanda yaşayan ayrı-ayrı xalqların maddi-mədəni irsinə diqqət və qayğıdan , həmçinin, ölkəmizdə və dünyada aparılan Azərbaycanın uğurlu mədəniyyət siyasəti modelinin milli azlıqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm rolu haqqında çıxış etdi.
Seminarda Quba rayonu Mədəniyyət evinin müdiri İsrafil Manafov “Qubanın şifahi mədəni irs nümunələri” mövzusunda, İsnik kənd Klubu rəhbəri Hilal Əlimov “Müasir dövrdə şifahi irsin tanidilması və təbliği”. BDU-nin müəllimi Humay İsayeva “Qubada yaşayan ayrı-ayrı xalqların atalar sözləri və zərb-məsəlləri” mövzularında çıxışlar etmişlər. Sonra layihə çərçivəsində nəşr edilən “Mədəni irsimiz milli və bəşəri sərvətimizdir” mövzusunda kitabı tədbir iştirakçılarına paylanılmışdır. Qubada yaşayan yəhudi xalqının adət-ənənələrini və şifahi mədəni irs nümunələrini də özündə əks etdirən kitabın təqdimatı seminar iştirakçılarının geniş marağına səbəb olmuşdur.

Xeberdar.net

XƏBƏR LENTİ