“Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinə həsr olunmuş dəyrmi masa keçrildi

549 26-08-2019, 19:33 cemiyyet

“Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinə həsr olunmuş dəyrmi masa keçrildi
Bu gün (26.08.2019 ) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş “Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinin ictimaiyyətə ilkin təqdimatı mövzusunda dəyirmi masa keçrildi. “Dəyirmi Masa”da 25 nəfər nümayəndə iştirak edirdi. Layihə rəhbəri Pərvanə Talıbova layihənin həyata keçiriləcəyi müddətdə görüləcək işlər və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırdı və Bakı şəhər Təhsil İdarəsinə layihə ilə bağlı rəsmi müraciət edildiyini bildirildi.
Layihənin eksperti, Fəlsəfə doktoru Məlahət Mürşüdlü layihəyə hazırlıq, iştirakçılar arasında aparılmış sorğunun nəticəsi haqqında məlumat verdi. Sorğu əsasında Bakı şəhər 35 № li məktəbin və Zəngilan rayon məcburi köçkün məktəbi olan 26 № li məktəbin 20 müəllim və 20 şagirdinin layihədə iştirak edəcəyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.
Artıq proqram və təlim gündəliyinin hazır olduğu və işçi qrupu tərəfindən müzakirə edildiyi qeyd olundu.
Sentyabr ayında 8 təlim keçiriləcəyi və təlim boyunca istifadə olunacaq material və slaydların hazır olduğu bildirildi. Slaydların xülasəsi tədbir iştirakçılarına nümayiş etdirildi.
Oktyabr ayının 26- da “Yekun Dəyirmi Masa” keçiriləcəyi , noyabr ayında layihənin son hesabatının hazırlanıb təqdim ediləcəyi barədə məlumat verildi

Xeberdar.net

XƏBƏR LENTİ