Şuranın dəstəyi ilə gənclər arasında hərbi vətənpərvərlik ideyaları təbliğ olundu

490 15-11-2019, 19:30 cemiyyet

Şuranın dəstəyi ilə gənclər arasında hərbi vətənpərvərlik ideyaları təbliğ olunduAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ehtiyatda Olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi “Gənclər arasında hərbi vətənpərvərlik ideyaları təbliği” layihəsini uğurla icra edib. Layihənin əsas məqsədi qəhrəmanlıq tariximizin yazılmasında iştirak edən övladlarımızın döyüş yolunu təbliğ edərək gənclərimizin hərbivətənpərvərlik ruhunda böyüməsi üçün maarifləndirmə işi aparmaqdan ibarət olmuşdur. Layihə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı polkovnik Vahid Quliyevin, Qarabağ müharibəsi iştirakçılarının və ehtiyatda olan zabitlərin iştirakı ilə Bakı şəhərində yerləşən orta məktəblərdə görüşlər keçirilmişdir.

XƏBƏR LENTİ