Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

728 22-02-2020, 14:40 cemiyyet

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək
Azərbaycan Universiteti fevralın 23-də Sabunçu Gənclər Evində keçiriləcək “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edəcək.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Universitetinin stendinə gələn sərgi ziyarətçiləri tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, təqaüd proqramları haqqında məlumat ala biləcək, universitet və ixtisas seçimi ilə bağlı onları maraqlandıran sualları universitetin əməkdaşlarına ünvanlaya biləcəklər.

Sərginin təhsil müəssisələri üçün ayrılmış görüş otaqlarında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan Universitetinin təqdimatı da təşkil olunacaq.

XƏBƏR LENTİ