Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxarıbmı?

840 27-02-2020, 15:44 siyaset

Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxarıbmı?



Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlunu işdən çıxarıb.Bu barədə saytlar məlumat yayıb. Məlumata əsasən K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsində çalışan oğlunun işdən çıxarılması xəbərlərinə münasibət bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, oğlu Mətin Quliyevin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılması barədə xəbərlər doğru deyil:

"Bu məlumatlar yalan və böhtandır. Oğlum işdən çıxarılmayıb, işində, vəzifəsindədir. Sadəcə olaraq indi oğlum xəstədir, səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub. Sağalan kimi işinə qayıdacaq".

Xeberdar.net

XƏBƏR LENTİ