AZƏRBAYCANDA İLK KORONAVİRUSA YOLUXMA FAKTI AŞKARLANDI! - Rəsmi

AZƏRBAYCANDA İLK KORONAVİRUSA YOLUXMA FAKTI AŞKARLANDI! - RəsmiAzərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.

Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

AZƏRBAYCANDA İLK KORONAVİRUSA YOLUXMA FAKTI AŞKARLANDI! - Rəsmi

  • 28-02-2020, 15:01
  • 302


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI