Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər –Fəxrəddin Altun

702 28-02-2020, 18:52 siyaset

Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər –Fəxrəddin Altun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin qısa zaman ərzində görüşmək barədə razılığa gəliblər.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

“Bu gün baş tutan telefon danışığı zamanı Türkiyə və Rusiya liderləri ən qısa müddət ərzində görüşmələri barədə razılığa gəliblər”, – deyə F. Altun vurğulayıb.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

XƏBƏR LENTİ