İndi də Elxan Allahverdiyev -İlqar Süleymanov tandemi:Binəqədi yenə komada…

İndi də Elxan Allahverdiyev -İlqar Süleymanov tandemi:Binəqədi yenə komada…Sabiq vergilər naziri Fazil Məmmədovun qohumu Xaləddin İsgəndərovun Binəqədinin icra başçısı postundan gedişindən sonra rayonun ağ günə çıxacağı, çiçəklənəcəyi gözlənilirdi. Güman oluurdu ki, problemlərlə boğuşan Binəqədi nisbətən dirçələcək.

Zaman əksini göstərdi, heç kəsin tanımadığı Elxan Allahverdiyevin Binəqədiyə icra başçısı təyin olunması ilə rayon “reanimasiya” şəraitindən çıxmadı. Əksinə, komaya salıb.
Reportyor.info-nun məlumatına görə, E.Allahverdiyevin gəlişindən sonra Binəqədi necə idisə, elə də qalıb. Yəni, icra başçısı əlini ağdan qaraya vurmayıb. 2018-ci ilin 6 iyununda bu vəzifəyə təyin edilən E.Allahverdiyev təxminən iki ilə yaxn müddətdə Binəqədi rayonunda hər hansı abadlq-quruculuq işləri ilə diqqət çəkməyib.

Hətta Ayna Sultanova parkının təmirini də başa vura bilməyiblər. Binəqədinin Biləcəri qəsəbəsindən tutmuş 7-ci mikrorayonuna qədər bütün ərazilərini qeyd etmək olar ki, hər hansı yenidənqurma, abadlıq işləri aparılmayıb. Prezident isə elə Neftçala və İsmayıllıya gənc İH başçıları təyin edərkən bir daha xəbərdarlıq elədi ki, işləməlidirlər.

E.Allahverdiyev də Binəqədiyə bu məqsədlə təyin olunmuşdu ki, etimadı doğrultsun. Amma X.İsgəndərovdan sonra heç bir dəyişiklik müşahidə edilmir.

Əksinə, məlum olur ki, E.Allahverdiyev də özünə babat biznes imkanları qurub. Daha doğrusu, oğlu Orxan Allahverdiyev üç şirkətin təsisçisidir. Ölkədə orta sahibkar özünə bir dükan aça bilmir, başçının fərasətli oğlu isə 3 şirkətin başındadır.

Bu barədə jurnalist Cavanşir Həsənli yazıb ki, O.Allahverdiyevin həmtəsisçisi olduğu “İNVEST-2011” MMC 2011-ci ilin dekabrında qeydiyyatdan keçib.

O, 2008-ci iliin sentyabrındaqeydiyyatdan Fətəlixan Xoyski pr, ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan “O.Ş-İNŞAAT” MMC-nin də təsisçisidir.

Ötən il şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.

Binəqədi şefinin övladının sahibi olduğu 3-cü şirkət isə “AMİRAS” MMC-dir. 2007-ci ilin martında qeydiyyata alınıb, Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.

Deyilə bilər ki, bu firmalar çox əvvəl təsis edilib. E.Allahverdiyev özü də icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə, maliyyə-kreditsektorunda çalışıb. Xub!

Məsələnin məğzi ondan ibarətdir ki, Binəqədinin İH rəhbəri biznesmendir, mənfəətcildir, rayon üçün heç bir iş görməyib, oğlunun imkanlarını artırır.

Belə xəbərlər də var ki, X.İsgəndərovdan sonra Binəqədi İH-də köklü dəyişikliklər olmayıb. Yenə də icra başçısının I müavini İlqar Süleymanov burada “sağ əl” sayılır.

Onun adı müxtəlif qaranlıq işlərdə, qalmaqallarda keçib. E.Allahverdiyevin onun “təcrübəsi”ndən istifadə etməklə, özünü çox da irəli verməməyə çalışır.

İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimli torpaq sahələrinin mənimsənilməsi və satışı işinə baxan şəxs kimi ad çıxarıb.

Təsadüfi deyil ki, bəzi mətbuat orqanlarında onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar yer alıb.

İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. İcra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir, bu fəaliyyəti mütəmadi şəkildə redaktə və korrektələr həyata keçirir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir.

E.Allahverdiyevin başçı təyin olunduqdan sonra kadr islahatları aparsa da, İ.Süleymanovla işləməyə davam etməsi məhz işbirliyinin, maraqların üst-üstə düşməsi ilə izah edilir.

Hörmətli, Binəqədi İH rəhbərliyinin həm başçı oğlunun firmaları, həm rayonda görülüb-görülməyən işlər, həm mediada səslənən müxtəlif iddialar və İ.Süleymanov barəsində yazılanlarla bağlı mövqeyini dərc etməyə hazırıq.


Xeberdar.net


[img=left]https://i1.wp.com/konkret.az/cloud/uploads/2020/03/1583330819_87074395_192904338634960_6099969525967486976_n.jpg?resize=960,526&ssl=1[/img]
[img=left]https://i1.wp.com/konkret.az/cloud/uploads/2020/03/1583330809_87640156_192904271968300_6795859699431374848_n.jpg?resize=960,547&ssl=1[/img]
[img=left]https://i2.wp.com/konkret.az/cloud/uploads/2020/03/1583330812_89355638_192904308634963_1686429895300743168_n.jpg?resize=960,536&ssl=1[/img]

İndi də Elxan Allahverdiyev -İlqar Süleymanov tandemi:Binəqədi yenə komada…

  • 6-03-2020, 11:14
  • 690


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI