Polkovnik-leytenant Anar Kərimov cəbhədə həlak olub?- Müdafiə Nazirliyi AÇIQLADI

1 036 11-03-2020, 16:22 cemiyyet

Polkovnik-leytenant Anar Kərimov cəbhədə həlak olub?- Müdafiə Nazirliyi AÇIQLADI
Müdafiə Nazirliyi Polkovnik-leytenant barədə açıqlama verdi.
Bu gün bəzi erməni KİV-ləri (Rusiyada və Ermənistanda mənzillənən) Azərbaycan ordusunun döyüş bölgəsində yerləşən hərbi hissələrindən birinin zabiti, polkovnik-leytenant Anar Kərimovun “döyüşdə həlak olduğu” barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu məlumatın mənbəyi kimi sosial şəbəkələrin Azərbaycan seqmentinə istinad ediblər.

Belə ki, zabitin dostu özünün Facebook səhifəsində Anar Kərimovun ölümü haqda məlumat verib. Lakin həmin istifadəçi zabitin döyüşdə həlak olması, yaxud düşmən tərəfindən vurulması barədə heç nə yazmayıb, onun ölümünün səbəbini göstərməyib. Təkcə bunu qeyd edib ki, zabit haqq dünyasına köçüb və onun ailəsinə, yaxınlarına başsağlığı verib.

Polkovnik-leytenant Anar Kərimov cəbhədə həlak olub?- Müdafiə Nazirliyi AÇIQLADI

Buna baxmayaraq düşmən mənbələri dərhal bu məlumatı özlərinə sərf edən şəkildə təhrif edərək Azərbaycan ordusunun zabitinin “təmas xəttində həlak olduğu” barədə təcili xəbərlər yayıblar. Virtualaz.org bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə təcili sorğu verib. Nazirlikdən sorğuya verilən cavabdan məlum olur ki, zabit Anar Kərimovun ölümü onun əziyyət çəkdiyi ağır xəstəlik üzündən baş verib.

“Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər serrozu səbəbindən vəfat edib. Allah rəhmət eləsin. Müdafiə Nazirliyi zabitin yaxınlarına, ailə üzvlərinə başsağlığı mesajlarını çatdırır”,-nazirliyin Mətbuat Xidmətindən bildirilib.


Xeberdar.net

XƏBƏR LENTİ