“Cəzasının böyük hissəsini çəkmiş məhbusları azadlığa buraxın” - Ölkə rəhbərliyinə müraciət

844 17-03-2020, 15:14 cemiyyet

“Cəzasının böyük hissəsini çəkmiş məhbusları azadlığa buraxın” - Ölkə rəhbərliyinə müraciətHüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitce-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Xeberdar.net məlumat verir ki, verir ki, hüquq müdafiəçiləri müraciətdə cəzaçəkmə müəssisələrində epidemioloji vəziyyətin yaxşılaşdırılması, hər hansı virusların yayılmasının qarşısının alınması məqsədilə verilmiş cəzanın böyük qismini çəkmiş məhbusların azadlığa buraxılmasını xahiş ediblər.

Başqa sözlə, hüquq müdafiəçiləri ölkə rəhbərliyindən amnistiya aktının qəbul olunmasını xahiş ediblər.

Xeberdar.net

XƏBƏR LENTİ