Tətilin vaxtı uzadıldı-RƏSMİ

974 20-03-2020, 14:07 cemiyyet

Tətilin vaxtı uzadıldı-RƏSMİNazirlər Kabineti yanında operativ qərargahdan
verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Xəbərdar.net

XƏBƏR LENTİ