“Paşa-Holdinq”-ə qarşı “Zeytunluq əməliyyatı”-VİDEO

1 203 20-03-2020, 19:13 cemiyyet

“Paşa-Holdinq”-ə qarşı “Zeytunluq əməliyyatı”-VİDEO"Gilan" holdinqdən "Paşa" holdinqə "qarşı mənim olmayan heç kimin olmasın" davranışı.
Yəqin ki, çoxlarınıza məlumdur ki, Zığda yerləşən zeytun bağları “Abşeron-Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində idi və hazırda ərazi “Paşa Holdinq tərəfindən” alınıb.
“Abşeron-Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyət də “Gilan Holdinq” Şirkətlər Qrupuna aid idi.
Əldə etdiyimiz informasiyalara görə, “Gilan Holdinq” Zığ şossesinin kənarında yerləşən bu bağın “Paşa Holdinq” tərəfindən alınacağını əvvəldən bilib. Ərazini özəlləşdirmək üçün xeyli səy göstərən, ancaq istəyinə nail ola bilməyən “Gilan Holdinq” sonradan, əllərindən çıxacaq bu bağı, başqalarına qismət olmasın deyə, məhv etmək istiqamətində fəaliyyətə keçib.
Beləki, Zığ zeytun bağlarına məxsus, sovetlər dövründən qalmış yüksək tonajlı, istifadəyə yararlı olan, bütövlükdə bağın su təchizatını təmin edən bir ədəd 7500 kub metr yeraltı su anbarı sökülərək, yerində hündürmərtəbəli bina tikintisi üçün böyük rəqəmli məbləğə satılıb. Hələ bu da son deyil.
Aldığımız məlumatlara və əldə etdiyimiz sənədlərə görə, bağın ərazisində 1644 ağac qəsdən qurudulub, məqsədyönümlü olaraq törədilən yanğınlar zamanı 217 ağaca ciddi ziyan dəyib, 24 ağac yanaraq tamam məhv olub.
Həmçinin bu da məlum olub ki, adıçəkilən ərazi bir vaxtlar 93 hektar torpaq sahəsindən ibarət olsa da, sonradan 16 hektardan çox sahə, qanunsuz yollarla müxtəlif vəzifəli və imkanlı şəxslərə satılıb.
Hazırda ərazidə “Paşa Holdinq” tərəfindən təhvil-təslim proseslərinin başlandığını söyləyən bəzi məlumatlı mənbələr, bütün bu qanunsuzluqların üstünün açılacağını istisna etmirlər.
Belə çıxır ki, “Gilan Holdinq” əvvəldən ərazini özəlləşdirə bilmədikləri üçün, dağıtmağa çalışaraq “Paşa Holdinq”-ə böyük bir zərbə vurub. Çünki, bağın əvvəlki halında olan dəyəri, indiki halından dəfələrlə bahalı olub.
“Mənim olmayan, heç kəsin olmasın” məntiqi ilə davranan “Gilan Holdinq”in bu əməlinin nəticəsinin nə olacağını bilməsək də, adıçəkilən bağla bağlı araşdırmalarımız davam edir.

XƏBƏR LENTİ