
Millət Vəkili Şahin Seyidzadə Xeberdar.net-ə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisində təmsil etdiyim Abşeron-Qobustan dairəsi üzrə seçicilər və ətrafımızda olan şəxslər tərəfindən karantin dövründə ən çox ünvanlanan müraciətlər artıq öz həllini tapır! Artıq yerli istehsal olan #tibbimaska ilə hər kəsin etibarlı müdafiəsi təmin ediləcək.
Prezident İlham Əliyevin pandemiya dövründə atdığı qətiyyətli addımlarla cəmi 2 həftədə yerli istehsal təşkil edilərək, kəskin təlabat olan tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaqdır. Xalqımızın sağlamlığının qorunması və təlabatının ödənməsi, ölkəmizin xarici idxaldan asılılığın aradan qaldırılması üçün görülən bu tədbir təqdirəlayiqdir.
Virusla mübarizədə maskalar və dezinfeksiya edici məhlullardan istifadə etmək xüsusi önəm daşıyır. Amma ən əsası bütün təlimatlara və karantin rejimində #evdəqal göstərişinə əməl edərək, sağlamlığımızı birlikdə qorumaqdır.
#evdəqal #saglamqal #coronavirus
#tibbimaska