Azərbaycanda günəmuzd işləyən işçilərə vergi tələblərinə düşməyən məbləğ müəyfən edilib.
«Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası qanununa nəzərdə tutulan dəyişikliyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək. Qanuna edilən başqa əlavəyə görə, xam dərinin tədarükü üçün də ödənişlərin nağd edilməsinə icazə verilib.