İmişlidə çox sayda məmur həbs edildi - SİYAHI

744 5-05-2020, 15:41 bolge / kriminal

İmişlidə çox sayda məmur həbs edildi - SİYAHIHazırda onların ifadələri alınır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli RİH-in binasında xüsusi əməliyyat zamanı İH-in başçısı Vilyam Hacıyevlə yanaşı başqa məmurları da saxlayıblar.

Xeberdar.net in əldə etdiyi məlumata görə, İH rəhbəri ilə yanaşı, icra başçısının birinci müavini Səfa Ağayev, başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Rahim Zaidov, rayon maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri də saxlanılıblar.

Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.

XƏBƏR LENTİ