Siyasi mühacirin anası “Onların məqsədi odur ki, Musa geri qayıtsın, onu tutsunlar..”

479 30-03-2020, 14:30 ---

Siyasi mühacirin anası  “Onların məqsədi odur ki, Musa geri qayıtsın, onu tutsunlar..”

Azərbaycan hakimiyyətinin xaricdə yaşayan mühacirlərin ailə üzvlərini, qohumlarını incitməkləri hər kəsə məlumdur. Sıradakı hədəf isə ABŞ-də siyasi mühacir həyatı sürən Musa Musayevdir. O, daha öncə də siyasi aktivliyinə görə Azərbaycan polisi tərəfindən saxlanılıb işgəncələrə məruz qalmışdır.

Musa Musayevin anası R.Abdullayevanın əməkdaşımıza verdiyi məlumata əsasən Musa son zamanlar çox tədirgin idi və hər an bir təhlükə gələcək kimi düşünürdü. “Oğluma təzyiqlər edirdilər, universitetdən qovmaq ilə hədələmişdilər. Oğlumu 2019-cu ildə mitinqdən sonra tutub, onu polislər döymüşdü. Ondan sonra ona hədə qorxu gəliblər ki, əgər o bloglar yazmağa davam etsə daha betər olar və betəridə oldu...”
Əməkdaşlarımızın aldığı məlumata görə, Musanın bibisioğlu Musaya edilən son təhdidlərdən sonra öldürülmüşdür. Musa ilə bərabər yolu keçən Pərviz Musazadə piyada keçidi üzərində heç bir işığı yanmayan avtomobil tərəfindən vurulmuşdur. Siyasi fəalın anasının dediklərinə görə hədəf onun oğlu idi.
Siyasi mühacirin anası  “Onların məqsədi odur ki, Musa geri qayıtsın, onu tutsunlar..”

Son günlər həbs olunan Azərbaycanlı xeyriyyəçi, demtokratiya üçün mübarizə aparan Mübariz Mənsimovun həbsi hər bir azərbaycanlını narahat etdiyi kimi xaricdə mühacirətdə olan Musanı da narahat etmişdir. O, bir qrup azərbaycanlı siyasi fəallarla ilə birlikdə 21 Mart, 2020-ci ildə Kaliforniya ştatının San Fransisko şəhərində Mübariz Mənsimovun sifarişli həbsdən azad olunması üçün aksiyada iştirak etmişdir. Aksiyada Azərbaycan hakimiyyətindən siyasi məhbuslara azadlıq məmur özbaşınalığına son və demokratik çağırışlar tələb edən Musa Musayev bu barədədə öz blogunda yazmışdır. Elə buda ona səbəbdir ki, Musanın Sumqayıt şəhərində yaşadığı mənzilə 25 Mart, 2020 tarixində mülki geyimli şəxslər evə basqın etmişlər. “Onlar evə gəldilər və Musa hardadı deyərək hər tərəfə baxdılar. Mən və Musanın atası Rauf onlara kim olduqlarını soruşduq. Müllki geyimli şəxslər cavabında isə, biz polisik, Musa yerdədə olsa göydədə olsa deyin polis bölməsinə gəlsin. Biz bunun qanunsuz olduğunu söyləyəndə, onlar bizə dedilər ki rəsmi çağırışı sizə bildirdik. 27 Mart, 2020 tarixində bizim evimizə səhər zəng edib bölməyə gəlməyi tələb etdilər. Həmin gün Musanın atası Rauf Sumqayıt Polis İdarəsinə gedib və orda onu sorğu sual edibler. Musa haqqında xeyli sual veriblər. Musa ölkəni tərk edib, ancaq hələ də bizi narahat edirlər. Onların məqsədi odur ki, Musa geri qayıtsın və onu həbs etsinlər”.

Qeyd edək ki, son zamanlar Azərbaycan hakimiyyəti tək ölkədə yaşayan müxaliflərə və onların yaxın ailə üzvlərinə deyil, eləcə də xaricdə mühacirət yaşayan insanların ailə üzvlərinə də təzyiqləri gücləndirib. Xaricdə müharicatda olan Pərviz Abdullayevın ailəsi təzyiqlər olunduğunu sonra isə atasinin bir sutka saxlanıldığını deyir.

Ümumilikdə, beynalxalq təşkilatlar Azərbaycanda hökümətin tənqidi səsləri boğduğunu qeyd edir. Bu halların gün getdikcə daha da ağır şiddət forma alması və yalnız fəalların deyil onların ailə üzvlərinində təzyiqlərə məruz qalması beynalxalq qurumları narahat edir.

Xeberdar.net

XƏBƏR LENTİ