TƏBİB ofis sahiblərinə müraciət edib

563 12-06-2020, 11:54 cemiyyet

TƏBİB ofis sahiblərinə müraciət edibTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis sahiblərinə müraciət edib.

Müraciətdə ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərin ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bir sıra qaydalara əməl etməli olduqları bildirilib.

Qeyd olunub ki, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

Eyni zamanda xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

Qeyd olunub ki, ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməli, ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalı və əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

XƏBƏR LENTİ