"Karantin rejimi sərtləşdirilirsə, zəhmət çəkin, 190 manatı verin" - TƏLƏB

1 026 19-06-2020, 00:57 sosial

"Karantin rejimi sərtləşdirilirsə, zəhmət çəkin, 190 manatı verin" - TƏLƏBDəfələrlə xəbərdarlıq etdim ki, belə idarəçilik olmaz, əvvala, biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən biznesi məhv edirsiniz? İndi biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir”.

Xeberdar.net-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib:

“Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün:

– Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;

– Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;

– Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;

– Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;

– Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması təmin edin.

Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq, bəri başdan xəbərdarlıq edirəm”.

XƏBƏR LENTİ