Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR

1 439 3-07-2020, 18:58 sosial / bolge

Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir. Bununla yanaşı Kənd təsərrüfatı rayonu olan Qobustanda kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.
Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR

Qobustan rayonunda 2019-2020-ci təsərrüfat ilində 31 min hektardan artıq sahədə əkin aparılıb. Bu barədə Xeberdar.net'ə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qobustan aqrar inkişafı mərkəzinin müdiri Həsənağa Hüseynov məlumat verib. O həmçinin bildirib ki, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib. 10 min hektar sahədə arpa, 21 min hektar sahədə buğda, həmçinin 300 hektar sahədə noxud əkini həyata keçirilib. Artıq bir neçə gündür ki, rayonda taxıl biçininə strart verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 45 taxılbiçən kombayn prossesə cəlb olunmaqla biçin işləri həyata keçirilir. Bu günə kimi 11 min hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 7 min hektarı arpa, 3 min hektarı isə buğdadır. Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcəkdir.
Rayonun taxıl istehsalçıları bu il də buğda sahələrindən ən az 23-25 sentner məhsul götürməyi qarşılarına məqsəd qoyublar. Qobustanlı taxıl istehsalçıları becərdikləri sahələrdən bol məhsul götürməklə həm rayonun daxili tələbatını ödəyirlər, həm də respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.
Qobustan DAİM müdiri həmçinin bildirib ki, ilin quraqlıq keçməsinə baxmayaraq, məhsuldarlıq normaldır.
Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR

Qobustan Rayon İcra Hakimiyyəti başçısının Cəmcəmli Kənd ərazi dairəsi üzrə İcra Nümayəndəsi Samir Əmirov da kənd ərazisində biçin işlərinin davam etdirildiyini, taxıl əkini ilə yanaşı sahibkarların kartof, noxud kimi bitkilərin əkini ilə də məşğul olduğunu, məhsuldarlığın gözlənildiyi kimi olduğunu bildirib.
Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR

Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR

Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ