ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır

751 11-07-2020, 08:35 dunya

ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayırABŞ dünyada mövcud olan hipersəsli raketlərdən daha sürətli hərəkət edəcək silah hazırlayır.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatındakı Cənub Komandanlığın qərargahında bəyan edib.

“İnkişaf mərhələsində çox maraqlı silahlarımız var. Bizim digər raketlərdən 17 dəfə daha sürətli olan raketimiz, heç kimin ağlına gəlməyəcək silahımız var”.

Tramp bildirib ki, bu yaxınlarda ABŞ Hərbi Havva Qüvvələrinin silahlanmasına 2,5 trilyon ABŞ dolları xərclənib:

“Dünyada ən yaxşı hərbi texnika bizdədir”-deyə, Tramp qeyd edib.

XƏBƏR LENTİ