Türkiyə XİN:"Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır"

Türkiyə XİN:"Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır"Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

Bəyanat Türkiyə XİN-in rəsmi saytında dərc edilib.

“Ermənistan Azərbaycana qarşı təcavüzkar fəaliyyətini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qarayaxma kampaniyasına cəhd etdiyi müşahidə olunur. Azərbaycan torpağında illərdir qeyri-legitim bir işğalı davam etdirən Ermənistanın bu ikiüzlü mövqeyi Cənubi Qafqazda daimi sülh və stabilliyin qurulmasının qarşısındakı əsl manenin kim olduğunu da açıq və dəqiq şəkildə göstərib.

Kontekstdən kənar tərzdə ittihamlar və iftiralarla xarici siyasət yrütmək nə bölgəyə, nə Ermənistanın fayda verər.

Bu yanaşma kimliyini təktərəfli bir tarix anlayışından sadəcə ədavət çıxararaq yaradan və beynəlxalq hüquqa zidd aqressiyasını legitim göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu mövqe üzücüdür, ancaq təəccüblü deyil.

Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır”.

Qeyd edək ki, ötən gün Ermənistan XİN Türkiyəni Azərbaycanı açıq şəkildə dəstəkləməkdə ittiham edib/Report.

Türkiyə XİN:"Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır"

  • 16-07-2020, 11:08
  • 90


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI