Ağdamın işğalından 27 il ötür

[img=left]http://xeberdar.net/uploads/posts/2020-07/1595477694_bez-nazvaniya-2.jpg[/img
]Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.


1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

Xeberdar.net

Ağdamın işğalından 27 il ötür

  • 23-07-2020, 08:15
  • 179


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI