BÜTÖV AZƏRBAYCAN OCAQLARI (BAO) AZƏRBAYCANIN GÜNEYİNDƏ HƏBS OLUNMUŞ MİLLİ FƏALLARLA BAĞLI BƏYANAT YAYDI

BÜTÖV AZƏRBAYCAN OCAQLARI (BAO) AZƏRBAYCANIN GÜNEYİNDƏ HƏBS OLUNMUŞ MİLLİ FƏALLARLA BAĞLI BƏYANAT YAYDI Xeberdar.net-ə daxil olan b'yanatda deyilir^

"Məlum olduğu kimi, 12 iyuldan etibarən Ermənistan ordusu Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar həyata keçirməyə cəhdlər göstərmiş, bu döyüşlər zamanı Azərbaycan tərəfindən 11 hərbiçimiz və iki mülki şəxs şəhid olmuşdur. Hərbçilərimiz arasında yüksək çinli zabitlərin, o cümlədən bir general-mayorun və polkovniklərin olması istər ölkə daxilində, istərsə də xaricdə geniş əks-səda doğurmuşdur.

Ermənistanın təcavüzkar əməllərini pisləyən Azərbaycanın güneyindəki soydaşlarımızın bu milli ruhlu aksiyaları İran adlanan ölkənin şovinist fars rejimi tərəfindən sərt şəkildə qarşılanmışdır. Belə ki, minlərlə Azərbaycan türkünün Təbriz, Tehran, Urmiya, Ərədbil, Səlmas və digər şəhərlərdə keçirdiyi aksiyalara cavab olaraq şovinist fars rejiminin polisləri milli fəallarımızın həbslərini həyata keçiriblər.

Məsələn, Təbrizdən: Həkimə Əhmədi, Yasəmin Zəfəri, Rəsul Rəzəvi, Rəhim Sasni, Sədullah Sasani, Tehrandan: Hadi Əlişi, Həmid Cabbarlı, Hüseyn Şəhidi, Yəqub Məcidi, Urmiyadan: Şiva Mücərrəd, Seyid Behnəmun, Səhənd Behnəmun, Salar Tahir Əfşar, Fərid Xorşidi və başqaları İran adlanan ölkənin hökumət dairələri tərəfindən həbs olunublar.

Bununla da İran İslam Respublikasının rəhbərliyi Azərbaycana münasibətdə ikiüzlülüyünü bir daha ortaya qoydu. Hər halda Türkiyədən ən yüksək səviyyədə Azərbaycana dəstək göstərildiyi, eyni zamanda, dünyanın əksər ölkələri tərəfindən (xüsusilə də Ukrayna, Pakistan və b.) Ermənistanın bu hərəkətləri açıq şəkildə pisləndiyi bir zamanda, rəsmi Tehran daha çox riyakarlığı ilə yadda qaldı. Diqqəti çəkən amil odur ki, hazırki şəraitdə ermənilərə daha aşkar şəkildə dəstək verənlər arasında farslar və serblər xüsusilə fərqləndilər. Serblərin arxasında Rusiyanın dayandığını nəzərə alsaq, o zaman görərik ki, dünyada Ermənistanı birmənalı şəkildə dəstəkləyənlər məhz şovinist fars rejimi və ruslar oldular.

Biz, BAO olaraq hesab edirik ki, özlərini müsəlman hesab edən şovinist fars rejiminin erməniləri bu şəkildə – açıqcasına dəstəkləməsi və Ermənistanın təcavüzkar siyasətini pisləyən soydaşlarımızı həbs etməsi və təqiblərə məruz qoyması qəbuledilməzdir. Bu hərəkət nə İslam dininin dəyərlərinə, nə insanlığa, nə də beynəlxalq hüquqa uyğundur. Ona görə də, biz İİR-nın şovinist fars rejimindən soydaşlarımızı dərhal həbsdən azad etməyi və Ermənistanın təcavüzkar siyasətini pisləyən addımlar atmağı tələb edirik.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 23 iyul 2020-ci il"
.

BÜTÖV AZƏRBAYCAN OCAQLARI (BAO) AZƏRBAYCANIN GÜNEYİNDƏ HƏBS OLUNMUŞ MİLLİ FƏALLARLA BAĞLI BƏYANAT YAYDI

  • 23-07-2020, 22:24
  • 1 320


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI