İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"

İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"Ümid Partiyasının sədri İqbal Ağazasdə xaricdə yaşayan soydaşlarımıza müraciət edərək, erməni təxribatına uymamağa çağırıb.

Xeberdar.net-in məlumatına görə, partiya sədrinin müraciətində deyilir:

“Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da analoji hadisə təkrarlandı. Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar.

Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atıblar.

Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm:

Əziz həmvətənlərim, dəyərli qardaşlarım!

Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.

Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.
Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.

Əziz qardaşlar!

Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağırışlarına uymayın. Mən hamının yanğısını, nifrətini anlayıram. Lakin bu çıxış yolu, problemin həlli variantı deyil.

Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də Qarabağda heç nə dəyişməyəcək.

Savaş Qarabağda olacaq.

Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.

İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun.

Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm”.

İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"

  • 24-07-2020, 11:28
  • 274


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI