ASALA ilk növbədə Qərb üçün təhdiddir - Türkiyə hökuməti

ASALA ilk növbədə Qərb üçün təhdiddir - Türkiyə hökumətiSon illər bir sıra Qərb ölkələrində fəaliyyət göstərməyə başlayan ASALA terror təşkilatı ilk növbədə bu ölkələr üçün təhlükə daşıyır.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

"Azərbaycanlıların və Türkiyə vətəndaşlarının bir sıra qərb ölkələrində, o cümlədən ABŞ-da keçirdikləri dinc aksiyalara qarşı törətdikləri təxribatlarda ermənilər nümayişkaranə şəkildə ASALA yazısı olan köynəklər geyindilər. Bu, təxribat təşkilatçılarının terrorçulara rəğbət bəslədiklərinin təsdiqidir".

Türkiyə hökumətində qeyd edilir ki, qərb ölkələri təəssüf ki, belə bir qanlı təşkilatın mövcudluğuna göz yumur:

"Terrorçuların fəaliyyətinə məhəl qoymayan Qərb bununla PYD / YPG terrorçularının sıralarında Suriyada hərbi təlim keçən ASALA üzvlərinin fəaliyyətinə ideal şərait yaradır".

Qeyd edilir ki, Türkiyə üçün ASALA terrorçuları ilə digər terror təşkilatları arasında heç bir fərq yoxdur.

ASALA ilk növbədə Qərb üçün təhdiddir - Türkiyə hökuməti

  • 24-07-2020, 13:38
  • 163


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI