Doğma Yurda Qayıdış İB-də Şuranın təşəbbüsünə qoşuldu

Doğma Yurda Qayıdış İB-də Şuranın təşəbbüsünə qoşulduDoğma Yurda Qayıdış İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qaliblərindən biridir. Təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə qalib olduğu layihənin istiqamətini dəyişərək pandemiya dönəmi olduğu üçün 60 (altımış) nəfər imkansız ailəyə ərzaq və digər istehlak mallarının yardım edilməsi ilə bağlı müqavilə imzalayıb. DYQ-nin sədri, eyni zamanda layihə rəhbəri Səməd Hətəmovun əməkdaşımıza verdiyi məlumatda qeyd edilir ki, layihənin icrası ilə bağlı hazırlıq işləri artıq tamamlanıb. Təşkilatın sonrakı fəaliyyəti Şuranın tövsiyyələri əsasında yardım paketlərinin öncədən müəyyən edilmiş ailələrə çatdırılmasını həyata keçirmək olacaq.

Xeberdar.net

Doğma Yurda Qayıdış İB-də Şuranın təşəbbüsünə qoşuldu

  • 20-07-2020, 21:30
  • 371


Oxşar mövzular
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI