SARQSYANIN “QIZDIRMASI QALXIB” - Qarabağın müstəqilliyini tanımaqdan dəm vurub

SARQSYANIN “QIZDIRMASI QALXIB” - Qarabağın müstəqilliyini tanımaqdan dəm vurubQarabağ münaqişəsi zonasında genişmiqyaslı müharibə başlanacağı təqdirdə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağa borcludur.

Bu barədə avqustun 19-da Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın eks-prezidenti Serj Saqsyan bəyan edib.

VERELQ informasiya-analitik agentliyin müxbirinin «Nə üçün Ermənistanın ali rəhbərliyinin Azərbaycanın təcavüzü baş verərsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı barədə 4 günlük müharibədən əvvəl dediyini Sarqsyan etməyib» - sualına cavab olraq, Serjik bəyan edib ki, əgər 2016-cı ilin aprelində döyüşlər uzanardısa, o, mütləq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqmış. «Ancaq o zaman bizim ordumuz Azərbaycan silahlı qüvvələrinin hücumunun qarşısını aldığı halda, əlavə gərginlik bizim gələcək diplomatik qələbələrimizə mane olardı. Belə qələbələrin olmasına isə şübhə ola bilməz» - deyə, “kərtənkələgöz” gözünün içinə qədər yalan danışıb. Onun yalan püskürməsini isə Azərbaycan Prezidentinin bu yaxınlarda səsləndirdiyi «tanıya bilirsinizsə, elə indi tanıyın - tanıya bilmirsiniz, çünki qorxursunuz» çağırışı açıq şəkildə sübut edir.

«Əgər geniş miqyaslı müharibə olarsa, Ermənistan respublikası (xunta! - M.A.) Arsaxı tanımağa borcludur» - deyə, Serjik riyakarlığını davam etdirib.

Serjikin sayıqlaması göstərir ki, bu zavallı məxluqun sadəcə, qızdırması qalxıb və gərəkdir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov onun qızdırmasını aşağı salmaq üçün zəruri tədbirləri görsün...

Mirzə AĞ

SARQSYANIN “QIZDIRMASI QALXIB” - Qarabağın müstəqilliyini tanımaqdan dəm vurub

  • 20-08-2020, 09:07
  • 701


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI