ELDAR HƏSƏNOVUN İŞİNDƏ YENİ GƏLİŞMƏ... - "Onun əməllərində dövlət təhlükəsizliyi ilə bağlı..."

1 099 26-08-2020, 13:24 cemiyyet

ELDAR HƏSƏNOVUN İŞİNDƏ YENİ GƏLİŞMƏ... - "Onun əməllərində dövlət təhlükəsizliyi ilə bağlı..."Keçmiş Baş prokuror, Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfiri səfir Eldar Həsənovun cinyaət işi Respublika Prokurorluğunda araşdırılacaq. E. Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.

Avqustun 24-də sabiq səfirin vəkili Adil İsmayılov bildirib ki, müvəkkilinin işi Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsziliyi Xidmətinin (DTX) İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılıb.
Qeyd edək ki, Eldar Həsənovun həbs edilməsi ölkədə geniş rezonans doğurub. Mətbuatda onun saxlanması ilə bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilib. Keçmiş səfir Serbiyadan Ermənistana silah ötürülməsində, dövlətə xəyanətdə, xarici qüvvələrin dəstəyi ilə hakimiyyəti ələ keçirməkdə və s. cinayət əməllərində günahlandırılıb.

E. Həsənovun özü və müdafiəçiləri bu ittihamların qarşılığında kifayət qədər səbrli davranaraq hadisəni "anlaşılmazlıq" kimi dəyərləndiriblər.

Vəkil Adil İsmayılovun mətbuata verdiyi açıqlamasında bir mesaj diqqət çəkir: "Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırmışdır".

İstintaqa indiyə qədər ifadə verməyən Eldar Həsənovun mövqeyini göstərən bu açıqlamada kifayət qədər aydın mesaj var. O, barəsəindəki ittihamlara xitam verilməsə, Avropa Məhkəməsinə qədər mübarizə aparacağını, xarici əlaqələrini öz müdafiəsinə yönəldəcəyinə eyham vurub.

Hadisələrin gedişi göstərir ki, Eldar Həsənovun məsələsinin dramatikləşəcəyi ehtimalı azalır. Vəkil müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv vəədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını ifadə etməsi də bundan xəbər verir.

Bu gün sabiq səfrin yaxın dostu, müdafiəçisi, keçmiş millət vəkili Əlövsət Ağalarov da sosial şəbəkədə yaydığı açıqlamada hüquq mühafizə orqanlarına minnətdarlığını bildirib: "...Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar və obyektivlik hissini qoruyub saxlayan rəhbərliyinin, bu işlə məşğul olan bütün əməkdaşlarının əsl professionallıq, əynindəki mundirin şərəfini cılız intriqalara qurban verməyən şəxsi heyyətinin dürüst araşdırmalarına əsasən, atılan çamurlar Eldar Həsənova yapışmadı..."

Hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, XİN-də əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış cinayət işinin rəsmi şəxsləri ilə bağlı olduğundan burada dövlətin təhlükəsizliyi ilə bağlı əməllərin olması ehtimal edilə bilər. Bu baxımdan istintaqın DXT tərəfindən aparılması zəruri hesab edilib: "Ümumilikdə isə bütün istintaq orqanlarında, o cümlədən DTX-da istintaqa nəzarət prokurorluq tərəfindən aparılır. Eldar Həsənovla bağlı işin istintaqının ayrılaraq Baş Prokurorluq tərəfindın aparılması yəqin, onunla əsaslandırılır ki, onun əməllərində dövlət təhlükəsizliyi ilə bağlı ehtimallar yoxdur. Onun bu cinayət işində əməlləri korrupsiya ilə bağlı vəzifə cinayətləridir/AzPolitika.info

XƏBƏR LENTİ